- Hadisə
- 23 Avqust 19:09
- 1 435
Bakıda oteldə yanğın olub

Bakıda üçmərtəbəli otel binasında yanğın olub.
FHN-in Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.