- Hadisə
- 13:45
- 1 598
Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb
Paytaxtda silsilə cinayət hadisələri törədən şəxs saxlanılıb.
Aznews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bidlirilib ki, Nizami rayonunda naməlum şəxs gecə saatlarında paytaxt sakinini kəsici alətlə hədələyərək onun mobil telefonunu ələ keçirib.
Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətini törətməkdə şübhəli bilinən 38 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun, bir nəfərə məxsus avtomobildən videoqeydiyyat qurğusunu da oğurladığı məlum olub.
Araşdırma aparılır.