- Hadisə
- 12:22
- 895
Sabirabadda 42 yaşlı qadın qətlə yetirilib, qardaşı tutulub
Sabirabadda qətl hadisəsi baş verib.
Aznews.az xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.
M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdıma aparılır.
AzNews.az