- Hadisə
- 09:48
- 969
Bakıda 15 yaşlı yeniyetmə öldürüldü, 14 yaşlı oğlan saxlanıldı
Noyabrın 17-si axşam saatlarında Yasamal ərazisində qətl hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.
“Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb. Araşdırmalar davam etdirilir”, - məlumatda vurğulanıb.
AzNews.az