Saakaşvili gürcü deputatlardan daha az əmlaka sahib olduğunu iddia edib. Saakaşvili gürcü deputatlardan daha az əmlaka sahib olduğunu iddia edib.

“9 il prezident oldum, amma...” - Saakaşvili

Saakaşvili gürcü deputatlardan daha az əmlaka sahib olduğunu iddia edib.

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ailə üzvlərinin bank hesabları və daşınmaz əmlakına həbs qoyulduğunu açıqlayıb.

O, bu barədə “Palitranyus” telekanalına müsahibəsində danışıb.

Saakaşvili gürcü deputatlardan daha az əmlaka sahib olduğunu iddia edib:

“Mən demək olar ki, doqquz il prezident oldum və heç bir şeyim yoxdur, deputatlar Beselya və Sesiaşviliyə nisbətən on dəfə az əmlakım var”.

Saakaşvilinin sözlərinə görə, o, Gürcüstanda hakimiyyət tərəfindən ədalətsizliyə məruz qalır:

“Mənim nənəm öldü, hesabları donduruldu. 16 yaşlı Hondanın və mənim əmlakıma da həbs qoyulub”.(teleqraf.com)

© AzNews.az