Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb.

Naxçıvan Muxtar Respublikası (MR) Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzNews.az-a bildirilib ki, Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında 13 il ərzində kameralar vasitəsilə aparılan monitorinqlər zamanı yeni doğulmuş bəbir balaları müşahidə edilib.

Monitorinqlər zamanı əvvəlki illərdə təxminən iki ildən bir bəbir balalarına rast gəlinirdisə, son illərdə bu göstərici artıb və artıq hər il yeni doğulmuş balalar qeydə alınır.

Məlumata görə, Zəngəzur dağlarında doğulan bəbir balaları böyüdükdən sonra ətraf ölkələrin ərazilərinə yayılır. Onlardan biri Türkiyənin Qara dəniz bölgəsinə qədər gedib çıxıb.

Monitorinqlərin aparıldığı 13 il ərzində Zəngəzur dağlarında 15-dən artıq bəbir balasının doğulduğu və yetkinlik yaşına qədər böyüdüyü müəyyənləşdirilib.