- EKONEWS
- 16:37
- 686
Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA
Oktyabrın 2-si saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzNews.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Sarıbaş (Qax), Şəki, Ağstafa, Xızı, Xaçmaz, Şabran, Quba, Qusarda şimşək çaxır, arabir yağış yağır.
Hazırda bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 16 m/s-yə çatır.