- Ermənistan və Gürcüstan
- 26 Noyabr 2018 10:28
- 2 871
İrandakı zəlzələdə 729 nəfər yaralandı - Yenilənib

İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatıb.
İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bu barədə məlumat verib.
Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.(trend.az)
***
08:59
İranda baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.
Bu barədə yerli "Press TV" məlumat yayıb.
Daha əvvəl təbii hadisə zamanı 513 nəfərin xəsarət aldığı bildirilirdi. Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.(report.az)
© AzNews.az