İran şimal-qərb sərhədinə qoşun yeridir

İran İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan Təsnim Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin (KRG) sərhədinin yerləşdiyi bölgəyə edilən hərbi yüklərin görüntüsünü dərc edib.

Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.

Xəbərdə İraq sərhədlərinə hərbi texnikanın İran əleyhinə olan təşkilatların tərksilah edilməsinə dair Bağdad və Tehran arasında imzalanan razılaşmanın yekun tarixi olan 19 sentyabr ərəfəsində aparıldığı bildirilib.

Mövsüm

Aznews.az