İran İngiltərə, Fransa və Almaniyaya reaksiya verib

İran İngiltərə, Fransa və Almaniyanın E3 adlanan qərarını 2015-ci ildə imzalanan nüvə sazişinə əsasən oktyabrın 18-də ləğv edilməsi nəzərdə tutulan silah embarqosunu qüvvədə saxlamaq qərarını “qanunsuz və təxribatçı” adlandırıb.

Aznews.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, “İran hesab edir ki, Avropa İttifaqı və 3 Avropa ölkəsinin Birgə Hərtərəfli Fəaliyyət Planının (nüvə sazişi) səkkizinci ilində öhdəliklərini yerinə yetirməməsi qərarını qanunsuzdur və müqavilə üzrə öhdəliklərinə ziddir",-deyə qeyd edilib.

“Şübhəsiz ki, İran Aİ, Fransa, Almaniya və Böyük Britaniyanın Birgə Hərtərəfli Fəaliyyət Planı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi üzrə öhdəliklərini açıq şəkildə pozan bu qanunsuz və təxribat xarakterli hərəkətinə lazımi cavab verəcək”, - deyə bəyanatda qeyd olunub.

Sentyabrın 11-də Avstriyanın paytaxtı Vyanada başlayan MAQATE İdarə Heyətinin iclasında nüvə razılaşmasının tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın hazırladığı ortaq mətndə “İranın nüvə fəaliyyətləri davam edir. Müqavilədə nəzərdə tutulan elementləri pozur”,-deyə qeyd edilmişdi.

Mövsüm