Gürcüstan Ukraynanı qeyri-dost addımlarına görə tənqid edib

Tbilisi Kiyevin gürcü xalqına qarşı qeyri-dost hərəkətlərindən narahat olduğunu bildirib.

Bu barədə Gürcüstan hökumətinin yaydığı bəyanatda deyilir.

Nazirlər Kabineti Gürcüstanın iki ildir Ukrayna dövləti ilə həmrəyliyini ifadə etdiyini, həmçinin Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün müxtəlif platformaların 600-dən çox qərarına qoşularaq bu ölkəyə qarşı hərəkətlərini pislədiyini vurğulayıb. Bununla belə, rəsmi Kiyevin son qərarları Ukrayna və gürcü xalqlarının dostluğuna kobud şəkildə zidd olduğu üçün Gürcüstan hökumətində təəssüf və narahatlıq doğurur.

Mövsüm

Aznews.az