“2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayıb”. “2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayıb”.
  • Paytaxt
  • 13 Noyabr 2018 12:28
  •  2 536

Oqtay Əsədov: “Əhalinin sağlamlığı dövlətin prioritretlərindəndir” - Büdcə müzakirəsi

“2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayıb”.

“Büdcə xərclərinin 32%-i sosial yönümülüdür. Əhalinin sağlamlığı prioritetdir və səhiyyə üçün gələn ilin büdcəsindən 309 mln. manat ayrılıb ki, bu da 2018-ci illə müqayisədə 32% çoxdur. Bundan başqa, icbari tibii sığorta üçün 223 mln. manat da ayrılıb. Bu da onu göstərir ki, əhalinin sağlamlığı dövlətin prioritretlərindəndir”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı spiker Oqtay Əsədov deyib.

Spiker bildirib ki, iqtisadi artım gələn il də davam edəcək.

“Gələn il ümumi daxili məhsul (ÜDM) 3,6% səviyyəsində proqnozlaşdırılır. Bu, riskli görünsə də İqtisadiyyat Nazirliyininin dəqiq hesablamaları, islahatlar göstərir ki, kölgə iqtisadiyyatı da daxil olmaqla islahatların həyata keçirilməsi ilə bu rəqəm real ola bilər. Maktoiqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb”.

O.Əsədov qeyd edib ki, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur.

“Bununla əlaqədar dövlət başçısının təqdimatları Parlamentə daxil olub. Vergi Məcəlləsi və digər qanunlara dəyişikliklər gözlənilir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta sahibkarlığın (KOS) inkişafını genişləndirməkdir. Sosial və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də, özəl, qeyri-neft sektorunda çalışanların gəlir verigisindən azad edilməsi uzunmüddətli dövrdə dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq”.

Elgün
AzNews.az