- Toplum
- 09:06
- 955
Yeni Suraxanının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Yeni Suraxanı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
Bu barədə Aznews.az "Azəriqaz"a istinadən xəbər verir.
"Təmir-quraşdırma işləri ilə əlaqədar 24.09.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunur.