Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
  • Paytaxt
  • 15 Noyabr 2018 19:47
  •  1 508

Prezident sərəncam imzaladı

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, həmin Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

AzNews.az