- Hadisə
- 12:22
- 1 513
Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib - FOTO
Tovuzda ana körpə qızını yaşlı qadının evində atıb gedib.
Aznews.az xəbər verir ki, orta yaşlı qadın Tovuz rayonda yaşlı qadının evinə gəlib, çöldə qaldığını bildirib.
Yaşlı qadın uşağı və anası evinə dəvət edib. Bundan sonra uşağın anası yemək almaq adı altında evi tərk edib, geri qayıtmayıb. Dərhal yaşlı qadın hüquq-mühafizə orqanlarına məlumat verib.
Hazırda körpə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, sabah uşaq sığınacağa yerləşdiriləcək.
Polis tərəfindən araşdırma aparılır.
Körpəsini atıb gedən ananın şəxsiyyəti məlum olub.
O Nuranə Əhmədovadır, Mingəçevir şəhər sakinidir.
Azyaşlı isə 2026-cı il təvəllüdlü F.Əhmədovadır.
Məlumata görəHazırda polis araşdırma aparır.