Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) aylıq əmək haqqı məsələsinə baxılıb. Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) aylıq əmək haqqı məsələsinə baxılıb.
  • Paytaxt
  • 27 Noyabr 2018 12:55
  •  2 058

Elmira Süleymanovanın maaşı artırılıb

Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) aylıq əmək haqqı məsələsinə baxılıb.

Bununla bağlı “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” qanunun 16-cı maddəsinə (Müvəkkilin sosial, maliyyə və digər təminatları) dəyişiklik edilir.

Dəyişikliyə görə, Müvəkkil 2230 manat məbləğində aylıq əməkhaqqı alacaq. Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırkı qanunvericilikdə müvəkkil 2025 manat məbləğində aylıq əməkhaqqı alır.

Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

AzNews.az