“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”
  • Paytaxt
  • 17 Dekabr 2018 14:21
  •  1 459

Nazirliyin 100 illiyi ilə bağlı - Konfrans

“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”

Dekabrın 26-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 ili tamam olur. Bununla əlaqədar, “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.

AzNews.az xəbər verir ki, hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, elmi ictimaiyyətin nümayəndələrinin iştirak edəcəyi konfransda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində yaradılan Nazirliyin Cümhuriyyətin mövcud olduğu tarixi dönəmdə gördüyü işlərə, ötən dövrdə keçdiyi yola nəzər salınacaq.

Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin geniş tətbiqi, dövlət sosial xidmətlərinin “DOST” layihəsi üzrə vahid platformadan təşkili istiqamətində aparılan işlər, Heydər Əliyev Fondunun sosial əhəmiyyət kəsb edən layihələri diqqətə çatdırılacaq.

Əmək, məşğulluq, sosial təminat sahələrində həyata keçirilən islahatlara, bu sahələrin gələcək inkişaf perspektivlərinə dair elmi-praktik yanaşmalar əsasında müzakirələr aparılacaq.

Səidə Nurməmmədli
AzNews.az