Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
  • Paytaxt
  • 29 Yanvar 2019 09:05
  •  1 533

Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibi təsdiq edildi

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Nazirlər Kabineti Dövlət Turizm Agentliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, kollegiya üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Dövlət Turizm Agentliyinin sədri.

Kollegiyanın üzvləri:

Dövlət Turizm Agentliyinin sədrinin müavini;

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru;

Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri;

Dövlət Turizm Agentliyi Aparatının turizm siyasəti və strategiyası şöbəsinin müdiri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru;

Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrinin müavini.

© AzNews.az