- Paytaxt
- 4 Mart 2019 14:48
- 2 508
Komitə sədrləri Milli Məclisə çağırıldı

Milli Məclisdə komitə sədrlərinin iştirakı ilə iclas keçirilib.
Bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib:
"Bu gün Milli Məclisdə komitə sədrlərinin iştirakı ilə keçirilmiş iclasda müəyyən məsələlər müzakirə edilib".
İ.Həbibbəyli daha geniş danışmaq istəməyib.
Qeyd edək ki, sabah-martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək.
İclasın gündəliyinə 18 məsələ daxil edilib.(modern.az)
AzNews.az