"Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm" "Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm"
  • Paytaxt
  • 20 May 2019 17:15
  •  2 484

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik etdi

"Qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm"

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

AzNews.az