Sənəd səsverməyə qoyularaq təsdiqlənib Sənəd səsverməyə qoyularaq təsdiqlənib
  • Paytaxt
  • 27 İyun 2019 14:12
  •  1 590

Milli Məclis BOKT-lar haqqında qanuna dəyişikliyi qəbul etdi

Sənəd səsverməyə qoyularaq təsdiqlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bank olmayan kredit təşkilatları (BOK) haqqında” qanuna dəyişikliklər I oxunuşda qəbul edilib.

Müzakirələrdə çıxış edən Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər BOKT-lara nəzarətin zəiflədiyini bildirib.

“Qanuna ediləcək dəyişiklikər bu sahədə nəzarətin gücləndirilməsinə, lazımi tədbirlərin çevik və effektli tətbiq olunmasəna, sağlam korporativ idarəetməyə malik BOKT-ların formalaşmasına imkan verəcək. Qanun layihəsində BOKT-ların inzibatçıları və təsisçiləri üçün vətəndaş qüsursuzluğu, inzibatçıların üçün isə attestasiya tələbi müəyyənləşdirilib”, - deyə deoutal qeyd edib.

Daha sonra sənəd səsverməyə qoyularaq təsdiqlənib.(report.az)

AzNews.az