Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb
  • Paytaxt
  • 15 İyul 2019 14:21
  •  2 469

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycandadır

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb

Gürcüstan parlamentinin nümayəndə heyətinin Azərbaycan səfəri başlayıb.

Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Nümayəndə heyəti azərbaycanlı və türkiyəli həmkarları ilə birgə Şəhidlər xiyabanı və Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Deputatlar həmçinin ulu öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını da ziyarət edib, önünə gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarssı dostluq qrupunun üzvləri ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinə Gürcüstanın qanunverici orqanının Xarici əlaqələr üzrə Komitəsinin sədri Sofo Katsarava, Gürcüstan-Azərbaycan parlamentlərarssı dostluq qrupunun rəhbəri Zviad Dzidziquri və Xarici əlaqələr komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.

Gürcü deputatlar Bakıda keçiriləcək Gürcüstan-Azərbaycan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak edəcəklər. (report.az)

AzNews.az

image description image description image description image description