"Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm" "Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm"
  • Paytaxt
  • 21 Sentyabr 2019 14:53
  •  2 405

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

"Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Əlahəzrət,

Əziz Qardaşım,

Səudiyyə Ərəbistanının milli bayramı – Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq diləyirəm".

AzNews.az