“Sənə yeni-yeni qələbələr diləyirəm” “Sənə yeni-yeni qələbələr diləyirəm”
  • Paytaxt
  • 13 Oktyabr 2019 12:06
  •  2 305

İlham Əliyev 14 yaşlı dünya çempionumuzu təbrik etdi

“Sənə yeni-yeni qələbələr diləyirəm”

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanan Aydın Süleymanlıya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.

AzNews.az