Bu haqda məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb Bu haqda məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb
  • Paytaxt
  • 14 Oktyabr 2019 16:11
  •  1 765

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Bu haqda məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb

Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovu hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

AzNews.az

image description