Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub
  • Paytaxt
  • 20 Yanvar 2020 10:54
  •  4 456

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib

Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səslənib.

Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

AzNews.az