Yanvarın 24-də axşam saatlarında Türkiyədə zəlzələ baş verib Yanvarın 24-də axşam saatlarında Türkiyədə zəlzələ baş verib
  • Paytaxt
  • 25 Yanvar 2020 17:08
  •  5 918

İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib

Yanvarın 24-də axşam saatlarında Türkiyədə zəlzələ baş verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyə olunması istiqamətində tədbirlər görülür.

AzNews.az xəbər verir ki, məlumatı Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

AzNews.az