“1000 məntəqədə vebkamera quraşdırılıb” - MSK sədri

"İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər"

“Artıq neçənci seçkilərdir ki, vebkamera praktikasından istifadə olunur. Azərbaycanda məntəqələrin təxminən 20 faizə qədərində, yəni 1000 məntəqədə vebkamera quraşdırılıb”.

AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, vebkameralara daxil olmaq çox sadədir:

“Heç bir icazə tələb olunmur. İstənilən şəxs MSK-nın rəsmi saytına daxil olmaqla 1000 məntəqədə səsvermə günü səsvermənin gedişini izləyə bilər. Yer kürəsinin harasında olmasından asılı olmayaraq istənilən insan Azərbaycanda keçiriləcək seçkiləri izləyə biləcək. Bu, demokratik ölkələrin seçki praktikasında da qəbul olunur. Azərbaycanda seçkilərin şəffaf və azad keçirilməsinə bütün şərait yaradılıb”.