"Ölkənizə daim firavanlıq arzulayıram" "Ölkənizə daim firavanlıq arzulayıram"
  • Paytaxt
  • 22 İyun 2020 16:41
  •  6 185

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoquna məktub yazdı

"Ölkənizə daim firavanlıq arzulayıram"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu ünvanlayıb.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Əlahəzrət,

Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə daim firavanlıq arzulayıram".