Prezidentin Mətbuat Xidməti məlumat yayıb Prezidentin Mətbuat Xidməti məlumat yayıb
  • Paytaxt
  • 7 İyul 2020 16:30
  •  2 740

Prezident İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verib

Prezidentin Mətbuat Xidməti məlumat yayıb

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı məktubu göndərib.

AzNews.az xəbər verir ki, dövlət başçısı Yaponiyanın cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident faciə ilə əlaqədar İmperatora, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.