"Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur" "Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur"
  • Paytaxt
  • 8 Avqust 2020 17:08
  •  4 490

Azərbaycan Prezidentindən təbrik məktubu

"Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur"

Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Prezidenti Həlimə Yaquba təbrik məktubu ünvanlayıb.

AzNews.az-ın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Sinqapur xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Azərbaycan-Sinqapur münasibətlərinin bugünkü səviyyəsi və beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah diləyirəm”.