Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram
  • Paytaxt
  • 18 Sentyabr 2020 15:15
  •  3 353

Prezident İlham Əliyev Nepalın liderinə məktub yazıb

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram

Azərbaycan Prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti xanım Bidhya Devi Bhandariyə təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, məktubda deyilir:

Hörmətli xanım Prezident,

Nepal Federativ Demokratik Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin inkişafı üçün yaxşı imkanlar mövcuddur.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah və əmin-amanlıq arzulayıram.