FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər
  • Paytaxt
  • 7 Oktyabr 2020 16:30
  •  4 721

FHN Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

FHN-in əməkdaşları davamlı olaraq könüllü surətdə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər

Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də törətdikləri növbəti hərbi təxribatın qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayaraq işğal olunmuş Azərbaycan torpaqlarını uğurla azad edir. Ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş ruhunun daha da yüksəlməsinə səbəb olmaqla, xalqımızı bir yumruq kimi düşmənlə istər ön, istərsə də arxa cəbhədə mübarizəyə kökləyir.

FHN-dən AzNews.az-a verilən məlumata görə, bu gün dünyanın ən qüdrətli orduları sırasında ön yerlərdə dayanan Azərbaycan Ordusu ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində ən müasir hərbi texnika və avadanlıqlarla təchiz edilib.

Ordumuza zəfər yürüşündə mənəvi dəstək olmaq və həmrəylik nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna 305 min manat vəsait köçürüb.