"Azəriqaz” İB məlumat yayıb "Azəriqaz” İB məlumat yayıb
  • Paytaxt
  • 16 Noyabr 2020 17:45
  •  3 668

Bakıda hasar aşaraq qaz xəttini zədələyib

"Azəriqaz” İB məlumat yayıb

Noyabrın 16-da Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

"Azəriqaz” İB-dən AzNews.az-a verilən məlumata görə, bu zaman ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib.

Nəticədə S. Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

image description image description image description