H Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib H Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib
  • Paytaxt
  • 4 Dekabr 2020 17:20
  •  5 184

Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub

H Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib

Bu gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar.

Bu barədə AzNews.az-a ASCO-dan məlumat verilib.

Məlumata görə, gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncam imzalayıb.