• Paytaxt
  • 25 Dekabr 2020 11:30
  •  1 072

Prezident koronavirusla bağlı FƏRMAN İMZALADI

Fərmandan irəli gələn məsələlər Nazirlər Kabinetinə tapşırılıb

Prezident İlham Əliyev “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

AzNews.az-ın məlumatına görə, fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 239) ilə təsdiq edilmiş “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.2-ci bəndə “hesabı” sözündən sonra, “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları” sözləri əlavə edilsin;

1.2. 2.4-cü bənddə “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin;

1.3. 2.5-ci bənddə “hesabında” sözü “və bank hesablarında” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.