Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər
  • Paytaxt
  • 22 Yanvar 2021 18:24
  •  5 087

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə danışdı

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.