Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

3 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

Aznews.az xəbər verir ki, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.