Qətər Baş naziri: Netanyahu bölgədə gərginliyi qızışdırır

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani İsrailin Baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə gərginliyin artmasına səbəb olduğunu bildirib.

O, "Al Jazeera" telekanalına açıqlamasında Netanyahunun regionda ilk dəfə gərginlik yaratmadığını vurğulayıb.

Əl-Tani həmçinin İsrailin atəşkəs dövründə bir neçə gün ərzində təxminən 100 livanlının öldürülməsini qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, bu cür addımlar bölgədə sabitliyə və sülh səylərinə zərbə vurur.

Mövsüm,

AzNews.az