- Rusiya və İran
- 17:20
- 1 568
Lavrov BMT-nin baş katibinə namizəd Espinosa ilə görüşüb — Rusiya XİN
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin baş katibi vəzifəsinə namizəd Maria Espinosa ilə görüş keçirib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Espinosa seçki platformasını təqdim edib və BMT-yə dair baxışlarını bölüşüb.
Nazirlik bildirib ki, Lavrov görüşdə Rusiyanın BMT-nin baş katibi vəzifəsinə namizədlərlə bağlı irəli sürdüyü tələbləri və gözləntiləri izah edib.
Tərəflər həmçinin BMT-nin qlobal məsələlərin həllində əsas əlaqələndirici rolunun qorunmasının vacibliyini vurğulayıblar.
Görüş zamanı beynəlxalq gündəmdəki aktual məsələlər və çoxtərəfli əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Mövsüm,
AzNews.az