- Paytaxt
- 26 Yanvar 2021 14:17
- 6 615
Prezident İlham Əliyev Jan Batist Lömuanı qəbul edib
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul edib.
AzNews.az xəbər verir ki, dövlət katibi Jan Batist Lömuan dörd il əvvəl Azərbaycana səfərini və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakını məmnunluqla xatırladı.
Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycan-Fransa əlaqələrinin gündəliyinə toxunuldu.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.