Müdafiə Nazirliyindən məlumat verilib Müdafiə Nazirliyindən məlumat verilib
  • Paytaxt
  • 28 Yanvar 2021 18:23
  •  5 837

Azərbaycan və Türkiyə hərbi dəniz qüvvələri arasında əməkdaşlıq müzakirə olunub

Müdafiə Nazirliyindən məlumat verilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti "Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələri arasında 8-ci Qərargah danışıqları" toplantısında iştirak etmək məqsədilə Ankara şəhərinə səfər edib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib, məzar önünə əklil qoyub və xatirəsini ehtiramla yad edib.