Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib
  • Paytaxt
  • 22 Fevral 2021 16:30
  •  8 055

Heydər Əliyev Sarayı ilə “Davam” arasında memorandum imzalandı

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib

Bu gün Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib.

AzNews.az xəbər verir ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov qonağı salamlayaraq 1972-ci ildə qapılarını tamaşaçıların üzünə açan, öz qurucusu Ümummilli Liderin adını daşıyan tarixi səhnə, tarixi sənət məbədi Heydər Əliyev Sarayı haqqında ətraflı məlumat verib. Ulu Öndərin 1-ci hakimiyyəti dövründə iqtisadi-siyasi, mədəni-kütləvi tədbirlərin, qurultayların məhz Heydər Əliyev Sarayında keçirildiyini və Sarayın fərqli repertuarına görə digər mədəniyyət ocaqları arasında özünəməxsus yeri olduğunu bildirdi. Sarayın direktoru qeyd etdi ki, bu gün dövlətimiz tərəfindən uğurlu gənclər siyasəti aparılır və gənclərin Respublikamızın ictimai-siyasi və mədəni həyatında daha fəal iştirakı üçün yüksək şərait yaradılmışdır. İstedadlı gənclərimizin xaricdə təhsil almağa göndərilməsi və ümumiyyətlə bütün gənclərimizin problemlərinin aradan qaldırılması istiqamətində görülən işlər möhtərəm prezidentimiz İlham Əliyevin və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın gənclərə olan böyük diqqət və qayğısının sübutudur.

Ramil Qasımov çıxışının sonunda "Davam Gənclər Hərəkatı” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini və gələcəkdə istər ölkə daxilində və istər xaricində istedadlı və yaradıcı gəncləri üzə çıxararaq peşakar, müasir, kreativ gənclər kimi yetişdirilməsində və işlə təmin olunmasında mühüm rolu olacağını və bu istiqamətdəki fəaliyyətlərində onlara uğurlar, yeni-yeni nailiyyətlər arzu etdiyini diqqətə çatdırdı.

"Davam Gənclər Hərəkatı” İctimai Birliyinin sədri Nihad Allahyarlı da öz növbəsində qeyd etdi ki, tarixə nəzər saldıqda Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə bütün ictimai-siyasi, mədəni tədbirlərin bu möhtəşəm Sarayda baş tutduğunu və onlar üçün bunun çox böyük mənəvi dəyər və əhəmiyyət daşıdığını vurğuladı. Həmçinin, Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyinin yaxın zamanda birgə müxtəlif, yeni layihələr ərsəyə gətirəcəklərini nəzərə çatdırdı.

Nihad Allahyarlı sonda göstərilən yüksək diqqətə görə Heydər Əliyev Sarayının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Daha sonra Heydər Əliyev Sarayı və "Davam Gənclər Hərəkatı” İctimai Birliyi arasında peşakar əlaqələri möhkəmləndirilməsi, ictimai-siyasi, mədəni proseslərdə fəal iştirak edərək, yeni və maraqlı layihələrə imza atılması, milli-mənəvi dəyərlərimizi və mədəni irsimizi qoruyaraq ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verilməsi, layihələrin işlənib hazırlanması, müxtəlif tədbirlər, görüşlərin keçirilməsini təmin etmək məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüş ikitərəfli əlaqələrin inkişafı istiqamətində fikir mübadiləsi ilə davam edib.