Yeni geosiyasi vəziyyət müzakirə olunub Yeni geosiyasi vəziyyət müzakirə olunub
  • Paytaxt
  • 10 Mart 2021 14:14
  •  4 450

Azərbaycan Prezidenti Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Yeni geosiyasi vəziyyət müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AzNews.az xəbər verir ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı bölgədə yaranmış yeni geosiyasi vəziyyət, postmüharibə şəraiti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinin aparılması, regional nəqliyyat layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub.