Əhməd Alkanoğlu: “Bakı marafonunu qazandığım üçün çox xoşbəxtəm”

“Daha əvvəl Bakıda yarış marafonu qazanmış biri kimi yenidən burada Bakı marafonunu qazandığım üçün çox xoşbəxtəm. Bu gün mübarizə bir az çətin idi, çünki çox güclü külək şəraitində yarışdıq”.

Aznews.az xəbər verir ki, bunu "Bakı Marafonu 2026”-nın qalibi Əhməd Alkanoğlu jurnalistlərə açıqlamasında deyib.

"Əməyi keçən hər kəsə təşəkkür edirəm. Çünki nəticə etibarilə marafon təşkil etmək asan deyil. Fərqli-fərqli kateqoriyalarda yarışlar var idi və bu da marafonun ayrılmaz hissələrindən biridir.

Öz məşqçilərimə, ailəmə və mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu yarışın təşkilatında əməyi olan sponsorlara və Azərbaycandakı bütün idmansevərlərə də minnətdarlığımı bildirirəm.

Mən Türkiyədən gəlmişəm. Bu gün Türkiyə bayrağını dalğalandırdığım üçün xoşbəxtəm.

Ümid edirəm ki, daha böyük marafonlarda daha yaxşı nəticələr əldə edəcəyəm" - qalib deyib.