Sançezin təyyarəsi Ankaraya məcburi eniş etdi

İspaniyanın Baş naziri Pedro Sançezin təyyarəsi Ankarada təcili eniş edib.

AzNews.az xəbər verir ki, məlumata görə, Avropa Siyasi Birliyinin iclası üçün Madriddən Ermənistanın paytaxtı İrəvana gedən Sançezin olduğu təyyarə texniki problem səbəbindən Ankarada təcili enməli olub.

Texniki nasazlığın ciddi olmadığı, lakin protokola əməl edildiyi bildirilsə də, Sançezin gecəni Ankarada keçirəcəyi və səhər tezdən İrəvana gedəcəyi bildirilib..

Xatırladaq ki, Sançez bundan əvvəl də oxşar təyyarə nasazlığı səbəbindən 4 sentyabr 2025-ci ildə Parisdə Ukrayna ilə bağlı görüşə qatılmamışdı.