Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər
  • Paytaxt
  • 15 Mart 2021 23:10
  •  4 987

Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Qarabağ bəyanatını müzakirə etdi

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AzNews.az