Kestutis Yankauskas: "Bu COVID-19-la mübarizənin ən yaxşı yoludur" Kestutis Yankauskas: "Bu COVID-19-la mübarizənin ən yaxşı yoludur"
  • Paytaxt
  • 4 Aprel 2021 11:28
  •  4 039

Avropa İttifaqından Azərbaycan hökumətinə tərif gəldi

Kestutis Yankauskas: "Bu COVID-19-la mübarizənin ən yaxşı yoludur"

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.