Zərifə xanım Əliyevanın da xatirəsi anılıb Zərifə xanım Əliyevanın da xatirəsi anılıb

YAP nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər

Zərifə xanım Əliyevanın da xatirəsi anılıb

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.