"Xəbəri dərin hüznlə qəbul etdik" "Xəbəri dərin hüznlə qəbul etdik"
  • Paytaxt
  • 11 May 2021 19:04
  •  5 167

İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı verib

"Xəbəri dərin hüznlə qəbul etdik"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə Kazanda baş vermiş atışma ilə əlaqədar başsağlığı veriblər.

Aznews.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

Hörmətli Rüstəm Nurqaliyeviç.

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".